Xankəndi-Şuşa yolunda azərbaycanlı ekofəalların etiraz aksiyası davam edir.
Teleqraf.com xəbər verir ki, aksiyada 500 nəfərə yaxın azərbaycanlı iştirak edir.
Aksiyaların gecə saatlarında davam edəcəyi gözlənildiyi üçün artıq Azərbaycan tərəfi həmin əraziyə işıq xətti çəkir.
Şuşada yaşayan Azərbaycan vətəndaşları da etiraz aksiyasına qoşulmağa başlayıblar.
Həmçinin Xankəndi yolunun üzərinə Azərbaycan bayraqları asılıb.