Şərqi Zəngəzur iqtisadi rayonunda bərpa işləri ilə bağlı memorandum imzalanıb.
Teleqraf.com xəbər verir ki, işğaldan azad edilmiş ərazilərin bərpası, yenidən qurulması və ən qabaqcıl layihələrin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə yaradılmış Şərqi Zəngəzur iqtisadi rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs və Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi arasında əməkdaşlıq haqqında memorandumun imzalanması mərasimi keçirilib.
Memorandum çərçivəsində əməkdaşlıq, müxtəlif ixtisaslar üzrə mütəxəssis hazırlanması, gələcək kadr ehtiyaclarının ödənilməsi və müəssisələrin birgə fəaliyyət göstərməsi nəzərdə tutur.
Tərəflər arasında ixtisaslı kadrların, mütəxəssislərin və tələbələrin mübadiləsi, birgə layihə koordinasiyası, yeni işgüzar əlaqələr, konfranslar, seminarların təşkil olunması planlaşdırılır.