15 Dekabr 2022 22:47
440
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 15-i saat 20:00-da Ermənistan silahlı qüvvələrinin bölmələri Zəngəzur rayonunun Qızılcıq yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Əhmədli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Teleqraf.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bundan başqa, dekabrın 15-i saat 20:10-da Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Ağdam rayonu istiqamətində yerləşən mövqeləri də atıcı silahlardan atəşə tutulub.
Qeyd olunan istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər