16 Dekabr 2022 10:55
1 297
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xankəndiyə qazın verilməsi bərpa olunub.

Teleqraf.com xəbər verir ki, bu barədə separatçıların nümayəndəsi Ruben Vardanyan məlumat verib.

Qeyd edək ki, Azərbaycan vətəndaşlarının Xankəndi-Şuşa yoluna etiraz aksiyası başlayandan sonra separatçıların yaşadıqları əraziləri qazın verilməsi dayandırılıb. Ermənistan və separatçı rejim baş verənlərə görə Azərbaycanı günahlandırsa da, dünən onların bu yalanını elə özləri ifşa edib.

Ermənistanda nəşr olunan “Past” qəzeti dünən axşam saatlarında Xankəndi və ətrafına qazın verilməsinin İrəvandan dayandırılması haqda məlumat yayıb. Nəşrin məlumatına görə, “Qazprom Ermənistan” separatçı rejimin istəyi əsasında qazın verilməsini dayandırıb.

Beləliklə, ermənilərin Azərbaycanı dünyanın önündə “fakt” qarşısına qoymaq səyləri uğursuz alınıb. Yalanın ifşa edilməsindən sonra isə qazın verilməsi bərpa olunub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər