18 Dekabr 2022 11:42
1 447
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Qarabağ iqtisadi rayonundakı Laçın dəhlizi ətrafındakı vəziyyəti əsas prizmadan nəzərdən keçirmək lazımdır. Həmin prizma da bu ilin fevralında Azərbaycan və Rusiya liderləri İlham Əliyev və Vladimir Putin tərəfindən imzalanmış Rusiya ilə Azərbaycan arasında Müttəfiqlik Əməkdaşlığı haqqında Bəyannamədir.

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı hərbi ekspert İqor Korotçenko deyib.

Ekspert sözügedən sənədin 11-ci bəndinə diqqət çəkib:

“Həmin bəyannamənin 11-ci bəndində deyilir ki, Rusiya və Azərbaycan öz ərazilərində digər tərəflərin, şəxslərin və ya qurumların dövlət suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətlərinin qarşısını qətiyyətlə alırlar.

Bu arada, Qərb fəal şəkildə Cənubi Qafqazdakı vəziyyəti pozmağa və orada Rusiyaya qarşı ikinci cəbhə açmağa çalışır.

MKİ (ABŞ) və MI-6 (Britaniya) rəhbərlərinin İrəvana səfərləri, Qarabağda erməni separatçılarının nümayişkaranə təxribat xarakterli hərəkətləri, bu səbəbdən bölgədən kənarda olan Avropa Birliyi, Fransa və ABŞ-ın vasitəçilik təşəbbüsünü Moskvanın əlindən almağa və gücün tətbiqinə yönəlmiş fəal cəhdləri bu səbəbdəndir.

Laçın dəhlizi ilə bağlı yaranan bütün məsələlər müstəsna olaraq Qərb şirkətlərinin qeyri-qanuni fəaliyyəti, Qarabağdan çıxarılan qızılın gizli şəkildə Ermənistana daşınması və bu fonda təbiətə böyük ekoloji ziyanın vurulması ilə əlaqəlidir.

Ruben Vardanyan beynəlxalq erməni diasporunun köməyi ilə Qarabağa sızaraq separatçı rejimin “dövlət naziri” postunu tutdu və bu səlahiyyətlə dərhal pul qazanmağa, qanunsuz yolla qızıl hasil edib kənara daşımağa başladı. Hesab edirəm ki, bütün mövcud problemlər buradan qaynaqlanır.

Bu baxımdan, Vardanyanın dünən Xankəndidə elan etdiyi separatçıların mitinqinin təhlükəsini anlamaq lazımdır, çünki həyəcanlı və aqressiv kütlə istənilən təxribata qadirdir. Vardanyanın özünə gəlincə, o, sadəcə, yaşayış şəraiti getdikcə pisləşən yerli ermənilərin narazılığından özünün və Arutyunyanın daha da kökəlməsi üçün istifadə edir”.

Korotçenko bildirib ki, yalnız Azərbaycanın yurisdiksiyasına keçid Qarabağ ermənilərinə daha yaxşı gələcək, həyat və rifahını yaxşılaşdırmaq şansı verəcək:

“Gələcəkdə Qarabağda öz bələdiyyələrini yaratmalarına kimsə mane olmayacaq, amma bütün bunlar Azərbaycan Konstitusiyasına uyğun olmalıdır.

Həmişə dediyim kimi, erməni lobbisinin, beynəlxalq erməni diasporunun və onun arxasında duran Qərb kəşfiyyat xidmətlərinin (MKİ, MI6 və DGSE) məqsədi Rusiyanın sülhməramlı kontongenti ilə azərbaycanlılar arasında toqquşmalara, daha sonra gəlişmələr Rusiya və Azərbaycan arasında geniş qarşıdurmaya səbəb olduqda Türkiyənin iştirakı ilə NATO ölkələrinin hərbi kontingentinin Cənubi Qafqaza yeridilməsinə nail olmaqdır.

Əslində, söhbət hazırda əsas diqqətini xüsusi hərbi əməliyyata yönəldən Rusiyaya qarşı ikinci cəbhənin açılmasından gedir. Bütün bunlar ona görədir ki, erməni nasistlərinin Qarabağı Azərbaycandan ayırmaq və orada çürümüş və korrupsioner separatçı rejimini saxlamaq istəklərini həyata keçirsinlər. Erməni nasistləri vaxtilə SSRİ-nin dağılması mexanizmini işə salmışdılar, indi də Rusiyanın dağılması mexanizmini işə salmaq istəyirlər.

Rusiya öz maraqlarının əleyhinə dünya ermənilərinin eqoist siyasi maraqlarının həyata keçirilməsi üçün alət olmamalıdır və olmayacaq da”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər