19 Dekabr 2022 09:05
560
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xankəndi-Laçın yolunda keçirilən aksiyanın iştirakçıları növbəti dəfə dinc ermənilərə müraciət ediblər.

Teleqraf.com "Report"a istinadla xəbər verir ki, onlar aksiyanın keçirildiyi ərazidən bütün mülki ermənilərin, o cümlədən köməyə ehtiyacı olan dinc ermənilərin - yaşlıların, qadınların, uşaqların da keçidinə eyni şəraiti yarada biləcəklərini bildirirlər.

Aksiya hazırda davam edir.

Aksiya iştirakçıları qeyd edirlər ki, bədnam rusiyalı milyarder Ruben Vardanyan onları buraxmır, bura gəlmələrinin qarşısını alır və qəsdən saxta məlumatlar tirajlayır ki, Azərbaycan tərəfi dinc ermənilərə qarşı humanitar böhran yaradır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər