19 Dekabr 2022 17:02
1 178
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Danışıqların getməsinə imkan vermirlər. Ermənistana deyiblər ki, sən danışıqlara girmə, bəhanələr gətir, de danışıqlarda Fransa prezidenti Emmanuel Makron iştirak etsin, başqası gəlsin və s. Azərbaycan da deyir ki, bu Makronluq, onun başının girəcəyi məsələ deyil. Bu, Azərbaycanın iç məsələdir. Ermənistan daxilində nə qədər istəyirsiniz gəzin, cermukdan içsinlər, Razdanda dincəlsinlər. Bunun bizə aidiyyəti yoxdur”.

Bunu Teleqraf.com-a Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa bildirib.

Onun fikrincə, hazırda Azərbaycan tam fərqli strategiya həyata keçirir. Onun sözlərinə görə, bu, uğurlu strategiyadır, çünki bizim başqa yolumuz yoxdur: “Biz öz ərazimizdə atdığımız addımların məsuliyyətini bilirik”.

Fazil Mustafa eyni zamanda qeyd edib ki, Azərbaycan və Ermənistan arasında danışıqlar prosesi bərpa ediləcək, çünki bu, uzunmüddətli belə davam edə bilməz.

Onun sözlərinə görə, bir müddət əvvəl də danışıqlar prosesi yox idi: “Bəs nədən danışıqlar və dialoq başladı? Daha doğrusu Ermənistan danışıqlara gəlməli oldu? Çünki başlarına yumruq dəydi. Onlar yumruq görəndə danışıqlar haqqında düşünürlər. Yumruq olmayanda bəhanələr gətirir və prosesi uzatmağa cəhd edirlər. İndi də yumruq görsə danışacaq”.

Deputat deyib ki, əsas danışıqlarla yanaşı müvafiq nəticənin əldə edilməsidir: “Amma anlamaq lazımdır ki, birbaşa bizinm arzuladığımız nəticə yoxdur. Ancaq gedişatda proseslər ortaya çıxdı. Məsələn, gedişatda ekologiya məsələsi ortaya çıxdı, biz ondan yararlandıq və sözümüzü dedik. Nəticə addım-addım olur. Sonrakı proseslərdə gedişata baxacağıq və hansı cür imkan varsa o cür təsir edəcəyik”.


Müəllif: Nemət

Oxşar xəbərlər