20 Dekabr 2022 11:15
455
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinə (BQXK) məxsus maşınlar və təcili yardım avtomobilinin növbəti dəfə hərəkət etməsinə şərait yaradılıb.

Teleqraf.com "Report"a istinadla xəbər verir ki, nəqliyyat vasitələri Laçından Xankəndi istiqamətində maneəsiz şəkildə hərəkət ediblər.

Belə ki, ikisi ambulans olmaqla ümumilikdə 4 avtomobil ərazidən keçid edib.

Bu, bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət yoxdur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər