Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələrinin Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyəti zonasında keçirilən etiraz aksiyası on beşinci gündür ki, davam edir.
Teleqraf.com "Trend"ə istinadən xəbər verir ki, yaxın zamanda Şuşa-Xankəndi yolundan növbəti dəfə sülhməramlılara aid 4 təminat maşını və 1 minik maşını Xankəndindən Laçın istiqamətinə maneəsiz keçdi. Bu gün ümumilikdə 7 maşın Laçın yolundan keçib.
Xatırladaq ki, daha əvvəl də bir neçə dəfə təminat avtomobilləri Laçın yolundan maneəsiz şəkildə keçiblər.