28 Dekabr 2022 08:42
479
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın qeyri-hökumət təşkilatları (QHT) nümayəndələrinin Qarabağda Rusiya sülhməramlı kontingentinin (RSK) müvəqqəti yerləşdirildiyi zonada keçirdiyi etiraz aksiyası artıq on yeddinci gündür davam edir.

Teleqraf.com xəbər verir ki, aksiya iştirakçıları etirazlarını davam etdirirlər. Müxtəlif şüarlar səsləndirən aksiyaçılar hər günü Azərbaycan Respublikasının Dövlət Himnini səsləndirərək başlayıblar. Daha sonra aksiya iştirakçıları müxtəlif şüarlar səsləndirərək davam ediblər.

Xatırladaq ki, dekabrın 12-dən etibarən azərbaycanlı eko-fəallar, ictimaiyyət nümayəndələri sülhməramlıların postu yaxınlığında etiraz aksiyası keçirirlər. Etirazçıların əsas tələbləri RSK komandanı Andrey Volkovun gəlməsi, azərbaycanlı mütəxəssislərin montorinq aparması üçün lazımi şərait yaradılması, Azərbaycan torpaqlarında ekoloji terrora son qoyulması, Ermənistanla sərhəddə Laçın istiqamətində ayrıca sərhəd və gömrük nəzarəti postlarının yaradılması, Azərbaycan ərazisinə qanunsuz silah daşınmasının qarşısının alınmasıdır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər