30 Yanvar 2023 13:50
628
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus 15 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

Teleqraf.com "Report"a istinadla xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, 2 minik və 13 yük maşını Laçından Xankəndi istiqamətinə maneəsiz hərəkət edib.

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

Bununla da gün ərzində Xankəndi-Laçın yolunda hər iki istiqamətə maneəsiz hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 49-a çatıb.


Müəllif: Teleqraf.com