30 Yanvar 2023 23:56
803
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan tərəfi bu gün Beynəlxalq Ədalət Məhkəməsində Ermənistanın Qarabağda qeyri-qanuni iqtisadi fəaliyyəti Azərbaycanın ekologiyasına böyük ziyan vurduğunu açıq şəkildə nümayiş etdirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycanın Niderland Krallığındakı səfiri Rəhman Mustafayev tviter hesabında yazıb.

O, qeyd edib ki, Laçın yolunun bağlanmasını sübut edən real faktlar yoxdur. Onun sözlərinə görə, Ermənistan Azərbaycandan fərqli olaraq, vəziyyəti yaxşılaşdırmaq üçün dialoqa can atmır.


Müəllif: Teleqraf.com