8 Fevral 2023 16:36
8 409
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan hakimiyyəti Qarabağı Azərbaycan ərazisi kimi tanımasından sonra Rusiya bu məsələ ilə bağlı siyasətinə redaktə edib”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya xaric işlər naziri Sergey Lavrovun Ermənistanı Azərbaycan ərazilərini işğal etməkdə ittiham etməsinə münasibət bildirən erməni deputat Tiqran Abramyan deyib.

“Hesab edirəm ki, Rusiya xarici işlər nazirinin bəyanatı daha çox Ermənistan hakimiyyətinin son bəyanatları kontekstindən irəli gəlir. Xüsusən də o kontekstdə ki, Ermənistan hakimiyyəti tərəfindən sözün əsl mənasında Qarabağ Azərbaycan ərazisi elan edilib və onun bəyanatlarında qeyd olunub ki, Qarabağın gələcəyi Azərbaycanın daxilində ola bilər”, - deputat vurğulayıb.

Abramyan Lavrovun bu açıqlamasının Rusiya-Ermənistan gərginliyindən də irəli gəldiyini bildirib:

“Düşünürəm ki, bu, iki məsələ ilə bağlıdır. Birincisi, Ermənistan-Rusiya münasibətlərindəki kifayət qədər mürəkkəb vəziyyətlə əlaqəlidir. İkincisi, Ermənistan hakimiyyətinin xarici siyasət kursu, o cümlədən Qarabağı Azərbaycanın bir hissəsi kimi görmək yanaşması Rusiyanı öz yanaşmasını müəyyən qədər redaktə etməyə sövq edə bilər. Bunu deyərkən onu da əsas götürmək lazımdır ki, Lavrov açıqlama verərkən Ermənistan hökumətinin təxminən iki ay əvvəl Praqada sənəd imzaladığını və bununla Qarabağın Azərbaycan ərazisi olduğunu qəbul etdiyini deyib.

Başqa sözlə, Rusiya Ermənistan hakimiyyətinə istinad edərək, artıq siyasətində redaktə edilmiş yanaşmaları dilə gətirir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər