11 Fevral 2023 16:43
960
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bakıdan ermənilərə indidən mesajlar bu yöndə olmalıdır ki, Malıbəyli, Quşçular, Xocalı və azərbaycanlıların yaşadıqları məntəqələrdə özlərini çox yormasınlar”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Quşçular və Malıbəyli kəndlərinin işğal edilməsində Rusiya hərbçilərinin iştirakına da diqqət çəkib:

“Şuşanın Malıbəyli və Quşçular kəndlərinin işğalından 31 il ötür. Xankəndidən cəmi 3 kilometrdən də az məsafədə olan bu kəndlər 1992-ci il 11 fevral tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub.

Erməni separatçıları Xocalıdan əvvəl bu kəndlərin işğalında Rusiyanın 366-cı alayı ilə birgə hərəkət ediblər. İşğal zamanı düşmən qüvvələrlə qeyri-bərabər döyüşdə onlarla kənd sakini həlak olub. İşğalçılar mülki insanları da qətlə yetiriblər.

Malıbəyli və Quşçular kəndi işğal altındadır. Separatçılar Malıbəylidə müxtəlif məqsədlər üçün tikinti işləri aparırlar. Rusiya hərbi kontingentini yola saldıqdan sonra Şuşanın Malıbəyli və digər kəndlərini azad edərək keçmiş sakinlərin geri qayıdışı təmin edilməlidir.

Bakıdan ermənilərə indidən mesajlar bu yöndə olmalıdır ki, Malıbəyli, Quşçular, Xocalı və azərbaycanlıların yaşadıqları məntəqələrdə özlərini çox yormasınlar”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər