Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin maneəsiz keçidinə şərait yaradılıb.
Teleqraf.com xəbər verir ki, Laçın - Xankəndi yolundan RSK-ya məxsus nəqliyyat vasitələrinin maneəsiz keçidi davam edir. Xankəndidən gələn 2 yük maşını Laçın, Laçından gələn 3 minik avtomobili isə Xankəndi istiqamətinə maneəsiz keçid edib.
Səhər saatlarından indiyədək RSK-ya məxsus 46 avtomobilin aksiya keçirilən ərazidən maneəsiz keçidinə şərait yaradılıb.
Xatırladaq ki, dekabrın 12-dən etibarən azərbaycanlı ekofəallar, ictimaiyyət nümayəndələri sülhməramlıların postu yaxınlığında etiraz aksiyası keçirirlər. Aksiyada etiraz edənlərin əsas tələbləri Rusiya sülhməramlılarının komandanı Andrey Volkovun gəlməsi, azərbaycanlı mütəxəssislərin montorinq aparılması üçün lazımi şərait yaradılması, ermənilərin Azərbaycan torpaqlarında ekoloji terrora son qoyulması, Ermənistanla sərhəddə Laçın istiqamətində ayrıca sərhəd və gömrük nəzarəti postlarının yaradılması, Azərbaycan ərazisinə qanunsuz silah daşınmasının qarşısının alınmasıdır