Kəlbəcər və Laçın rayonları ərazisində hərəkətin təhlükəsizliyi və fasiləsizliyini təmin etmək üçün müxtəlif təyinatlı yolların qardan təmizlənməsi istiqamətində işlər davam etdirilir.
Teleqraf.com xəbər verir ki bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Qeyd olunub ki, işlər çətin iqlim və relyev şəraitində dayanmadan aparılır.