Kansler Olaf Şolzun Almaniya hökumətinin saytında dərc edilmiş Qarabağla bağlı açıqlamasında dəyişiklik edilib.
Teleqraf.com xəbər verir ki, “münaqişənin həllində Dağlıq Qarabağ vətəndaşlarının öz müqəddəratını təyinetmə hüququnun nəzərə alınması” bədnam fikri bəyanatdan çıxarılıb.
Ermənistan Baş naziri Nikol Paşinyanla keçirdiyi mətbuat konfransı ilə bağlı saytda dərc olunmuş bəyanatın hazırkı variantında Almaniya kansleri bəyan edir ki, münaqişənin sülh yolu ilə həllinə Azərbaycan və Ermənistanın ərazi bütövlüyü prinsipi əsasında nail olunmalıdır.
Bəyanatın əvvəlki formasında isə belə deyilirdi: “Münaqişənin sülh yolu ilə həllinə Ermənistan və Azərbaycanın ərazi bütövlüyü prinsipi və Dağlıq Qarabağ vətəndaşlarının öz müqəddəratını təyinetmə hüququ əsasında nail olunmalıdır”.
Şolzun bədnam fikri Xankəndidəki separatçı rejim tərəfindən alqışla qarşılanmışdı.