7 Mart 2023 14:52
2 074
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Sülhməramlıların Qarabağdan çıxarılması Rusiya hərbi bazasının Gümrüdən çıxarılmasına gətirib çıxaracaq”.

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markedonov deyib.

“Qarabağda baş verən yeni silahlı insidentlər göstərir ki, risklər artmaqdadır”, - ekspert bildirib.

Markedonovun sözlərinə görə, Qafqazda bu məqam Rusiya üçün xüsusi önəm kəsb edir. Politoloqun fikrincə, “əsas moderator rolu”nun saxlanılması Moskvaya həm Ermənistana, həm də Azərbaycana təsir göstərməyə imkan verir.

“Onun itirilməsi Moskva üçün Gürcüstanda da yaranmış müsbət tendensiyaların dondurulmasına gətirib çıxaracaq. Türkiyənin səsi bütün platformalarda daha yüksələcək və “Qarabağın açarı” üçün mübarizə aparmaq vacibdir”, - Markedonov vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər