10 Mart 2023 11:56
2 779
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays növbəti brifinqdə Ermənistanla Azərbaycan arasındakı gərginlikdən danışıb.

Teleqraf.com xəbər verir ki, ABŞ rəsmisi problemlərin təcili şəkildə həllinin vacibliyinə diqqət çəkib.

Sülh müqaviləsi imzalanmayacağı halda İrəvanla Bakı arasında gərginliyin artıb-artmayacağı və buna görə də regionda sülhün bərqərar olması səylərinin nə dərəcədə aktual olduğu sualına cavab olaraq Prays deyib:

“Həmişə təcili olub, çünki bu, həssas bir durumdur. Bu, son günlər Qarabağda gördüyümüz kimi, qarşıdurmaya son dərəcə meyilli bir vəziyyətdir və bu, uzun müddətdir davam edən münaqişədir və Birləşmiş Ştatlar onun həllinə dəstək vermək üçün əlindən gələni etmək istərdi.

Bunu davam etdirmək niyyətindəyik, bu, ikitərəfli, o cümlədən Ermənistan və Azərbaycanla üçtərəfli şəkildə işləmək, onların dialoq və diplomatiya sahəsindəki səylərini dəstəkləmək və bütün müvafiq mexanizmlər vasitəsilə həmin ölkələrə öz diplomatiyalarını həyata keçirməyə və razılıq əldə etməyə kömək etməkdir, ümid edirik ki, buna nail ola bilərlər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər