11 Mart 2023 12:48
2 072
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyan dünən İrəvanda Qarabağ separatçılarının başçısı Araik Arutyunyanla görüşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.

Erməni nəşri yazır ki, görüşdə Qarabağın erməni sakinlərinin Azərbaycan cəmiyyətinə reinteqrasiyası məsələsi müzakirə olunub:

“Arutyunyan yaxınlarına Paşinyanla keçirdiyi çətin görüşdən danışıb. Paşinyan ona rəsmi Bakının tələbini təkrarlayıb. Onun (Paşinyanın) fikrincə, Qarabağ Azərbaycanla inteqrasiya olunmalı, Qarabağ erməniləri azərbaycanlılarla anlaşmalı, onlarla birgə yaşamalıdır, çünki alternativ yoxdur.

Arutyunyan ağır əhval-ruhiyyə və təəssüratlarla Xankəndiyə qayıdıb və yaxın ətrafına deyib ki, artıq “vəzifə”sində qalmaq istəmir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər