Rusiya KTMT-yə üzv dövlətlərdə hərbi təsirini itirəcək, çünki oradakı qüvvələrini Ukraynaya qarşı müharibəyə yönəldəcək.
Teleqraf.com xəbər verir ki, ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) bu qənaətə gəlib.
Amerikalı analitiklər Ermənistan Baş naziri Nikol Paşinyanın Rusiya və KTMT-yə yönəlik son etirazlarına da diqqət çəkir. Ermənistan baş naziri Rusiyanı 10 noyabr anlaşmasını yerinə yetirə və Azərbaycanın Qarabağ bölgəsində atəşkəsi qoruya bilməməkdə ittiham edib.
“Çox güman ki, Rusiyanın Qarabağda kifayət qədər sülhməramlı qüvvəsi yoxdur. Moskva 2022-ci ilin martında Rusiyanın yeganə xüsusi sülhməramlı briqadası 15-ci Əlahiddə Motoatıcı Briqadasının hissələrini Qarabağdan Ukraynaya göndərib”, - təhlildə deyilir.
Amerikalı analitikləri Rusiyanın Qarabağdakı hərbçilərini Ukraynadakı durma uyğun olaraq çıxaracağını istisna etmir.
ISW xatırladır ki, 15-ci Əlahiddə Motoatıcı Briqadası Ukraynada ciddi itkilər verib. Təkcə ötən ilin iyununda briqadanın 1800 nəfərlik bölməsindən 800-ə yaxını öldürülüb, 400-ə yaxını yaralanıb.
“Qırğızıstan, Abxaziya, Cənubi Osetiya və Tacikistandakı bazalarından daimi dislokasiya olunmuş Rusiya qüvvələri Ukraynaya göndərildikcə, Moskva KTMT ölkələrində və Gürcüstanda hərbi təsirini itirəcək”, - amerikalı ekspertlər qeyd edirlər.