Türkiyədə müalicə alan qazimiz Vahid İmanlı Taleh oğlu Vətənə qayıdıb.
Teleqraf.com xəbər verir ki, bu barədə "YAŞAT" Fondu məlumat verib.
Bildirilib ki, Vahid İmanlı 2 il müddətində Türkiyədə müalicə alıb. Fond tərəfindən müalicə xərcləri qarşılanıb.
Xatırladaq ki, bu günə qədər 178 qazimiz müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 176-nın müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilir.
“YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir. Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau
Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.