19 Mart 2023 11:26
1 150
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Teleqraf.com-un suallarını cavablayıb.

Onunla müsahibəni təqdim edirik:

- Qüdrət bəy, Avropa Parlamentinin Azərbaycan əleyhinə qəbul etdiyi qətnamə barədə nə deyə bilərsiniz?

- Bu qətnamə Qərbdə formalaşdırılmış ictimai fikrin inikasıdır. Bu gün Avropada çoxluq türklərə və islama nifrət edir,bizlərlə əməkdaşlığın onlara faydalı olduğunu anlayıb bu istiqamətdə müəyyən addımlar atsalar da. Bu günlrədə izlədiniz, Prezidentin Almaniyaya səfəri zamanı baz nazirin ofisi qarşısına sığınacaq verdikləri iki nəfəri gətirib necə mələdir, yaxud "çığırdırdılar". Nifrət və kin-küdurət onları zəlil və rəzil edib. Qərb dairələri Azərbaycanda mövcud olan müəyyən problemləri qabardır ( bu tipli problemlər bütün ölkələrdə var, birində bir az çox, digərində az) və bu tipli məlumatlara​ ölkəmizi gözdən salan, beynəlxalq dəstəkdən məhrum etməyə yönələn​ çoxlu böhtan xarakterli, həqiqətlə heç bir əlaqəsi olmayan Ermənistan torpaqlarının işğalı, ermənilərin genosidi və sıxışdırılması kimi yalanlar əlavə edirlər.

Fikir versəniz ölkəmiz əleyhinə danışanlar əsasən ermənipərəst və bizə nifrət edənlərdir. Onların əksəriyyəti problemlərin həllində maraqlı deyil, əksinə, isərdilər ki, yanlış siyasət nəticəsində Azərbaycan tam təcrid olunsun və dünyanın ən geridəqalmış ölkəsinə çevrilsin. Azərbaycan torpaqlarını işğal edib 30 il işğal altında saxlayan, azərbaycanlılara​ münasibətdə etnik təmizləmə aparıb bir milyon insanı ev-eşiyindən didərgin salmış, Xocalıda soyqırım cinayəti törətmiş (Xocalı bu gün də işğal altındadır) Ermənistana Qərb, o cümlədən Avropa Parlamenti​ nəinki hər hansı sanksiya tətbiq edilməsi təşəbbüsü ilə çıxış etmədi, hətta onu işğaçı dövlət kimi belə tanımadı. Azərbaycana isə Elçibəyin prezidentliyi dövründə ABŞ tərəfindən sanksiya tətbiq olundu, işğal və qanlı etnik seperatizm​ dəstəkləndi. Buna görə sonrakı dövlərdə digər keçmiş sovet respublikalarında baş qaldırmış anoloji qanlı seperatizmə və tökülən qanlara görə Qərbin birbaşa məsuliyyəti var. Ona görə deyirlər ki, "çomağın iki başı var". Biz həqiqətən mövcud olan problemlərimizin həlli üçün çalışmalı, böhtançıları isə ifşa etməliyik.

- Beynəlxalq Cinayət Məhkəməsinin Putinin həbsinə dair qərarını necə qarşıladınız?

-​ BCM-in​ icrası mümkün olmayan belə bir qərarını​ Qərbin "sona qədər müharibə qərarı" adlandırmaq olar. Putin barədə həbs qərarı danışıqlar yolu ilə müharibəyə son qoyulması imkanlarını demək olar ki, sıfıra yaxınlaşdırdı. Qərb Ukraynanı müharibəni davam etdirə bilməsi üçün maliyyə və silahla təmin edəcək, amma qələbəsi üçün lazım olan səviyyədə silah verməyəcək. Hələlik görünən budur.

- Vəziyyətdən çıxış yolu varmı?

- Çin ədalətli, beynəlxalq hüquqa söykənən mövqeyi ilə müharibəyə son qoya bilər, amma o da öz maraqlarını irəli çəkərək bunu etmir. Çünki fikirləşir ki, müharibə həm Rusiyanı, həm də Qərbi əldən salır. Bu isə tərəfləri ondan asılı edir və onun maraqlarına uyğundur.

- Qarabağ üzərində dövlət suverenliyimizin bərpası məsələsi də dalana dirənməyib ki?

- Prezidentin Qarabağdan verdiyi son bəyanatlar deməyə əsas verir ki, üfüqdə sülh görsənmir. Ya yenidən on illərlə mənasız danışıqlar aparıb Qarabağın işğal altında qalması ilə barışmalı, ya da​ Rusiya ilə əməkdaşlığı genişləndirməklə Xankəndində antiterror əməliyyatı keçirib işğala son qoymalı, ərazi bütövlüyümüzü​ bərpa etməliyik.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər