Azərbaycan Ordusunun bölmələri tərəfindən Şuşa-Xankəndi istiqamətində aparılan təmizləmə əməliyyatının bəzi detalları üzə çıxıb.
Teleqraf.com xəbər verir ki, ilkin məlumata görə, ordumuz Şuşadan enərək quzeydə Kosalar, şərqdə Turşsuya qədər bütün alternativ yolları azad edərək nəzarətə götürüb.
Həmçinin separatçılar qazdığı səngərləri müqavimət göstərmədən tərk esiblər.
O da qeyd olunub ki, dünənki əməliyyatlarda itki olmayıb:
“Dolama torpaq yollar Ordumuz tərəfindən tam nəzarətə götürülüb. Heç bir qan tökülməyib. Proses azsaylı qüvvə tərəfindən həyata keçirilib”.
Azad olunan strateji yüksəklik şərti olaraq 2054,0 yüksəkliyi adlanır.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan ordusu hazırda azad olunmuş ərazidə mühəndis-istehkam işləri həyata keçirir.