3 Aprel 2023 20:28
8 590
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mayın 10-na qədər Azərbaycanın aidiyyəti qurumlarının Laçın yolunda nəzarət-buraxılış məntəqəsi qoyula bilər”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Azərbaycan Laçın yolu ətrafında və Ermənistanla şərti sərhəddə mövqelərini möhkəmləndirir:

“Eyni zamanda, Azərbaycan ordusu Qarabağın dağlıq hissəsində alternativ yollara nəzarəti bərpa etməklə, separatçılar üzərində təzyiqləri gücləndirib. Demək olar ki, bütün yollar nəzarət altındadır və Ermənistanla separatçılar arasındakı hərbi əlaqə tam dayandırılıb. Qənaətimə görə, mayın 10-na kimi Ermənistanla sərhəddə, Laçın yolunda nəzarət-buraxılış məntəqəsi qoyula bilər.

Azərbaycan Ermənistanla sərhəd istiqamətində çox ciddi strateji yüksəkliklərlə yanaşı, Şuşanın iki kəndinə (Allahqulular və Zamanpəyəsi) də nəzarəti bərpa edib. Ermənistanla şərti sərhəddə yeni ərazilərdə də möhkəmlənmişik. Əlbəttə, həmin ərazilər bizim qanuni və hüqiqi sərhədlərimiz daxilindədir.

Qənaətimə görə, bütün proseslər və addımlar Xankəndidə Azərbaycanın suverenliyinin bərpasına hesablanıb. Bu kontekstdə il ərzində Ermənistandan Qarabağın erməni icmasına qaz və elektrik verilməsi dayandırıla bilər. Azərbaycanın özü erməni əsilli vətəndaşlarının qaz və elektrik enerjisinə olan tələbatını ödəyə bilər”.

Qarabağın dağlıq hissəsindəki separatçı rejim və silahlı terrorçuların ləğvinə gəldikdə, Məhəmməd Əsədullazaənin fikrincə, bu məsələ də gecikdirilmədən öz həllini tapacaq.

“Ermənistan Azərbaycanla sülh danışıqlarına əli güclü oturmaq istəyirdi. Bu məqsədlə Avropa Birliyinin Ermənistandakı müşahidə missiyasından istifadə etmək niyyətindəydi. Artıq İrəvanın Avropa Birliyinin bu missiyasına ümidi yoxdur. Missiya rəhbəri bildirdi ki, sərhəddə baş verənlərə müdaxilə etmək hüququ yoxdur. Onun bu sözləri erməniləri bərk qəzəbləndirib. Prezident İlham Əliyev “səssiz hərbi əməliyyat” və ya diplomatiya ilə ciddi uğurlara imza atır”, - politoloq vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər