Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus ümumilikdə 13 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
Teleqraf.com xəbər verir ki, nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.
Belə ki, 8 minik və 5 yük avtomobili Xankəndidən Laçın istiqamətinə keçid ediblər.
Beynəlxalq təşkilata məxsus maşınların içərisində azyaşlı uşaqlarla yanaşı mülki şəxslər də olub.
Bu, bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət yoxdur.