"Alban kilsəsinin etnik və dini varisləri Alban-udi xristian icmasıdır".
Teleqraf.com xəbər verir ki, bunu Alban-Udi Xristian Dini İcmasının sədri Robert Mobili “Qafqaz Albaniyası: dini və sosial həyatı” mövzusunda keçirilən X beynəlxalq konfransda deyib.
O bildirib ki, Azərbaycanda, xüsusilə də, Qarabağda zəngin Alban irsi mövcuddur: "Həmin ərazilərdə tarixi abidələr, xristian kilsələri yerləşir. Azərbaycan bu mədəni irsin varisidir. Alban kilsəsinin varisləri, dini varisləri Alban-udi xristian icmasıdır. Ermənilər bu tarixi öz adlarına çıxarmaq istəyir. Amma onların Azərbaycanda nə kilsələri, nə abidələri var. Həmin xristian mədəni irs nümunələri Alban kiləsinə məxsusdur".
"Bu gün Alban-udi icmasına Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Heydər Əliyev Fondu və sıravi Azərbaycan vətəndaşları tərəfindən böyük dəstək var. Bu, bizim irsimizdir. Vaxtilə ermənilər tariximizi mənimsəməyə çalışıblar. Ermənilər "Artsax" adlı qondarma ölkə yaradıb, separatizmlə məşğul olurlar. Bu, bizim irsimizdir. Bu gün bizə ən böyük dəstək Prezident İlham Əliyev tərəfindən göstərilir", - o əlavə edib.// Report