19 Aprel 2023 16:33
1 743
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Kreml Qarabağla bağlı Moskva, Bakı və İrəvan arasında üçtərəfli razılaşmaları yeganə real və alternativsiz əsas hesab edir”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Tərəflərin gərginliyin azaldılmasına gətirib çıxara biləcək və üçtərəfli razılaşmaların həyata keçirilməsində gələcək irəliləyişə töhfə verəcək istənilən addımını alqışlamağa hazırıq”, - Peskov bildirib.

Kremlin sözçüsü əlavə edib:

“Üçtərəfli sazişlər indi nizamlanma üçün yeganə real əsasdır, ona görə də bütün müddəaların icrası istiqamətində irəliləyişi alternativsiz və hamı üçün zəruri hesab edirik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər