25 Aprel 2023 16:33
1 364
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya hakimiyyəti Azərbaycanın Qarabağ iqtisadi rayonundakı Rusiya sülhməramlılarının komandiri, general Aleksandr Volkovu başqa bir şəxslə əvəzləmək qərarına gəlib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.

Nəşrin iddiasına görə, yeni komandir rütbəcə general-polkovnikdir, müxtəlif müharibələrdə iştirak etmiş peşəkar hərbçidir və Rusiya Müdafiə Nazirliyində nüfuzlu şəxsdir. “Hraparak” Volkovu əvəzləyəcəyi ehtimal edilən şəxsi “Rusiyanın müdafiə naziri Sergey Şoyqunun ən etibarlı adamlarından biri” adlandırır və qeyd edir ki, onunla uzun illər birlikdə çalışıb.

“Bu dəyişiklik o deməkdir ki, Rusiya Volkovun fəaliyyətindən narazıdır”, - məlumatda deyilir.

Qəzet bunu “Rusiyanın Azərbaycana qarşı həmləsi” hesab edir və bildirir ki, artıq Aleksandr Volkov getməyə hazırlaşır, bunu separatçı rejim də təsdiqləyib: “Güman edilir ki, yeni komandir yaxın günlərdə gələcək və artıq yoldadır. Yaxın vaxtlarda yeni komandiri daha ətraflı təqdim edəcəyik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər