29 Aprel 2023 18:43
6 928
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı ekoloqların Laçın yolunun Şuşadan keçən hissəsində keçirilən aksiyası dayandırılıb. Amma Azərbaycan hərbçiləri həmin yerdə xidmət edir.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Tiqran Abramyan deyib.

Onun sözlərinə görə, ekoloqların yerində Azərbaycan hərbçiləri dayanıb:

“Faktiki olaraq, Azərbaycan hazırda Laçın yolunun iki hissəsində: Həkəri çayı körpüsündə - yolun başlanğıcında və Şuşaya bitişik ərazidə (Xankəndinə gedən yolda) keçid postları qurub”.

Abramyan Rusiya sülhməramlılarının Ermənistan ərazisindən Qarabağa daşıdıqları yüklərə Azərbaycan sərhədçiləri tərəfindən ciddi nəzarətin həyata keçirildiyini söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər