29 Aprel 2023 22:39
13 454
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan Baş naziri Nikol Paşinyan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb".

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Binyamin Matevosyan deyib.

Ekspert Azərbaycanın Laçın yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qoyulmasından sonra “Qarabağın statusu” məsələsinin tamamilə aradan qalxdığını bildirib.

Matevosyan qeyd edib ki, Laçın yolunun “dəhliz” statusunda qalması “Qarabağın statusu” üçün əsas komponentlərdən biri idi.

“2022-ci ildə Praqada İlham Əliyev, Nikol Paşinyan, Şarl Mişel və Emmanuel Makron arasında görüş zamanı bu məsələ aradan qaldırılıb”, - politoloq vurğulayıb.

Matevosyan son gəlişmələrin Rusiya sülhməramlılarının bölgədən çıxması məsələsini də gündəmə gətirdiyini iddia edir. Onun sözlərinə görə, Rusiya sülhməramlıları hələlik Qarabağda qalırlar, amma bölgədə yaşayan ermənilərə bir gün onları tərk edə biləcəkləri mesajlarını verməyə başlayıblar.

Ekspert gəlişmələrin buna və separatçı rejimin ləğv edilməsi istiqamətində getdiyini istisna etməyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər