5 May 2023 23:22
809
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Ermənistandan tələb etdyi kəndlər məsələsi delimitasiya çərçivəsində həll olunmalıdır.

Teleqraf.com xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ermənistan İctimai Radiosuna müsahibəsində bildirib.

“Əvvəla, hesab edirəm ki, konkret dediyiniz kəndlərlə bağlı Ermənistanda da onların statusu ilə bağlı müxtəlif fikirlər var. Delimitasiya prosesi zamanı bu məsələlər istər-istəməz öz həllini tapmalıdır”, - Aİ rəsmisi deyib.

O, həmçinin qeyd edib ki, Azərbaycanla Türkiyə arasındakı dəmiryol xətti Ermənistan üzərindən Qarsadək həyata keçirilə bilər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər