7 May 2023 13:28
2 386
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya sülhməramlı qüvvələrinin komandanı, general Aleksandr Lentsovun Bakıda apardığı müzakirələr nəticə verməyib”.

Teleqraf.com xəbər verir ki, bunu Xankəndidəki separatçı rejimin “dövlət naziri” Qurgen Nersisyan deyib.

“Məlum olduğu kimi, general-polkovnik Lentsov başda olmaqla Rusiya sülhməramlı qüvvələrinin komandanlığı bu həftə Bakıda olub və Qarabağdakı durumu müzakirə edib. Müzakirələrin nəticələrinə görə, vəziyyəti dəyişmək üçün razılığa gəlmək mümkün olmayıb. Ən qısa müddətdə yeni görüş planlaşdırılır, bunun nəticələri əlavə olaraq bildiriləcək”, - separatçı bildirib.

General Lentsov mayın 4-də Azərbaycanın paytaxtında olub. Məlumata görə, Bakıya gəlməmişdən əvvəl baş separatçı Araik Arutyunyan Lentsovdan Azərbaycanın Laçın yolunun başlanğıcındakı sərhəd-buraxılış məntəqəsinin ləğv edilməsi üçün Rusiya tərəfinin addım atmasını istəyib. Separatçılar bu məsələ ilə əlaqədar Bakıya gələnədək rus generalla iki dəfə görüşüblər. Görünən budur ki, Lentsov Bakıda həm separatçıların, həm də Moskvanın istəyinə nail ola bilməyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər