18 May 2023 18:48
1 572
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan tərəfi beynəlxalq ictimaiyyəti növbəti dəfə çaşdırmaq məqsədi ilə yalan məlumat yayır.

Teleqraf.com xəbər verir ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Ermənistandakı nümayəndə heyətinin kommunikasiya proqramlarının rəhbəri Zara Amatuni Laçın-Xankəndi yolunda qurulmuş sərhəd-buraxılış məntəqəsindən BQXK avtomobillərinin buraxılmadığını və yayılmış videogörüntülərin guya köhnə olduğunu iddia edib.

Teleqraf.com bu gün, 18 may 2023-cü il tarixdə Azərbaycanın Dövlət Sərhəd Xidmətinin bölmələrinin Laçın-Xankəndi yolunun başlanğıcında qurduğu sərhəd-buraxılış məntəqəsi vasitəsilə BQXK-ya məxsus təcili tibbi yardım avtomobilinin keçidini əks etdirən görüntüləri təqdim edir.

Göründüyü kimi erməniəsilli şəxslər sərhəd-buraxılış məntəqəsindən heç bir maneə olmadan istifadə edirlər.

Qeyd edək ki, 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə və Ermənistan tərəfindən aprelin 22-də birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulmasına adekvat olaraq aprelin 23-ü Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər