“İndiyədək Ermənistanda Qarabağ problemi ilə bağlı yalnız ekspert səviyyəsində biliblər”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Ermənistanda demokratiyanın olmaması və ya demokratiyaya münasibət bizim hamımızı Qarabağ məsələsi ilə bağlı bütün həqiqətləri bilməkdən çəkindirən vasitə olub. Bu çox vacib bir detaldır. Qarabağ problemindən ekspert səviyyəsində yalnız bir neçə nəfərin xəbərdar olması buna əyani sübutdur. Qarşılaşdığımız ən böyük problem məhz budur. Ona görə də indi demokratik şəraitdə Qarabağ məsələsi ilə bağlı yeni məlumatlar öyrənirik, yeni kontekstlər qaldırırıq”, - baş nazir bildirib.
Ermənistan baş naziri ötən günlərdə Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıdığını bəyan edib.