Böyük Qayıdış günü təsis edilsin.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyanın iclasında deputat Elşad Mirbəşiroğlu deyib.
O qeyd edib ki, 2016-cı il aprel döyüşlərindən sonra Cəbrayıl rayonunun Cocuqmərcanlı kəndi düşməndən azad edildi:
"2017-ci ildə bu kənd qısa zamanda bərpa edildi. Bununla da Böyük Qayıdışın əsası qoyuldu. Bu gün II Qarabağ müharibəsindən sonra xalqımız Böyük Qayıdışın növbəti mərhələsini yaşayır. Bu tarixin təsis edilməsi erməni işğalına bir daha tarixi nəzərlərin yetirilməsi baxımından önəmlidir".