12 İyun 2023 20:17
815
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri saat 11:15-dən 16:50-dək kənd təsərrüfatı işləri adı altında Ordumuzun Füzuli və Laçın rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

Teleqraf.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər