21 İyun 2023 12:22
16 754
12 Punto 14 Punto 16 Punto 18 Punto

Separatçı Ruben Vardanyanın dostu Arman Akopcanyan Xankəndidən qaçıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Joqovurd” qəzeti məlumat yayıb.

Qəzet qeyd edir ki, separatçı rejimin “keçmiş dövlət naziri” Vardanyanın “müşavir”i və yaxın dostu Akopcanyan bu günlərdə “blokada”nı yararaq Qarabağdan qaça bilib:

“Məlumatı dəqiqləşdirmək üçün şəxsən Arman Akopcanyanla əlaqə saxlamağa çalışdıq. Əvvəlcə onun əlçatmaz olan Xankəndidəki nömrəsinə zəng etdik, ardınca İrəvan nömrəsini yığdıq. Akopcanyan həmin telefon nömrəsinə cavab verdi. Şərh vermək istəməsə də, məlumatlarımızı təkzib etmədi.

“Mən şərh vermək fikrində deyiləm. Çox adam yol bağlandıqdan sonra oradan çıxa bilib. Bu nə sualdır? Bu, mənim təhlükəsizliyim məsələsidir”, - Akopcanyan bildirib.

Onun fikrincə, artıq Qarabağda yaşamaq təhlükəsiz deyil”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər