24 İyun 2023 12:45
638
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Laçına gəliblər.

Teleqraf.com xəbər verir ki, nümayəndə heyəti 33 ölkədən 60 diplomat və hərbi attaşedən ibarətdir.

Laçın səfəri çərçivəsində xarici diplomatlar Ermənistanla Azərbaycan arasında sərhəd-buraxılış məntəqəsinin yerləşdiyi körpüyə gəliblər.

Onlara Ermənistanın bir hərbçimizin yaralanması ilə nəticələnən son təxribatları haqqında məlumat verilib.

Bildirilib ki, silahlı təxribata qədər sərhəd-buraxılış məntəqəsi açıq olub. Xankəndidə yaşayan erməniəsilli sakinlər məntəqədən heç bir maneə olmadan istifadə ediblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər