26 İyun 2023 14:46
1 734
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Qarabağda yaşayan erməni sakinləri Laçın sərhəd-buraxılış məntəqəsi ilə keçərək Ermənistana təxliyəsini həyata keçirib.

Teleqraf.com xəbər verir ki, BQXK-ya məxsus maşınlar Qarabağdan Laçın sərhəd buraxılış məntəqəsindən keçməklə erməni sakinləri Ermənistana aparıb.

Qeyd edək ki, Ermənistanın Laçın postunda Azərbaycan hərbiçisinin ağır ayaralanması ilə nəticələnən təxribatlarından sonra rəsmi Bakının qərarı ilə keçid məntəqəsi bağlandı. Bu qərardan sonra Qarabağda yaşayan ermənilərə qarşı guya humanitar böhranın yaranması barədə saxta iddialar irəli sürüldü. Buna baxmayaraq, ərazidə baş verənlər onu göstərir ki, bəzi dairələrin iddia etdiyinin əksinə olaraq yol humanitar məqsədlər üçün bağlı deyil.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər