Azərbaycan ordusunun əməliyyatı çərçivəsində Qarabağda məhv edilən qanunsuz erməni silahlı birləşmələrinin 5 üzvündən ikisi Ermənistan Silahlı Qüvvələrinin hərbçiləridir.
Teleqraf.com xəbər verir ki, hazırda Rusiya sülhməramlıları erməni cəsədlərinin Ermənistana təxliyəsi məsələsini Azərbaycan tərəfi ilə razılaşdırırlar.
Qeyd edək ki, iyunun 27-si saat 20:05-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Ağdam rayonunun Qalayçılar kəndi istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub. Atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Bəkirov Əli Şükür oğlu yaralanıb.
Ermənilərin təxribatçı əməllərinə cavab olaraq Azərbaycan ordusu “Qisas” əməliyyatı keçirib, nəticədə Ermənistanın qanunsuz silahlı birləşmələrinin 5 üzvü məhv edilib.