4 İyul 2023 12:23
1 170
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xankəndidəki separatçıların başçısı Araik Arutyunyan Rusiya Prezidenti Vladimir Putinə məktub yazıb. Baş separatçı məktubunda Rusiya liderindən Qarabağla bağlı nə edəcəkləri sualına cavab verməyə çağırır.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.

Separatçı rejimin nümayəndəsi Tiqran Petrosyan mediada yayılan bu məlumatı təsdiqləyib.

Separatçı Putinə belə bir sual da ünvanlayıb: “Kimi gözləyirik? Nəyi gözləyirik?”.

Petrosya Ermənistan Baş naziri Nikol Paşinyan və Araik Arutyunyana yox, Rusiya Prezidenti Putinə inandıqlarını deyib.

Azərbaycan Prezidenti İlham Əliyev bundan əvvəl separatçı rejimi özünü buraxmağa və təslim olmağa çağırıb. Prezident təslim olacaqları təqdirdə onlara aministiyanın şamil oluna biləcəyini istisna etməyib. Azərbaycan liderinin bu tələbi və ona ABŞ, Avropa Birliyi və dünyanın digər ölkələrindən gələn dəstək separatçıları təşvişə salıb. Separatçılar Əliyevin tələblərini yerinə yetirməyəcəkləri təqdirdə Azərbaycanın antiterror əməliyyatlarına başlayacağından çəkinirlər. Azərbaycan və Ermənistan mediasında müzakirə olunmağa başlayan “Qisas-3” əməliyyatı (Xankəndi və ətrafında) isə separatçıların bu təşvişini bir qədər də artırıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər