6 İyul 2023 12:35
1 580
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qarabağdakı erməni hərbi qüvvələri tərksilah edilərək çıxarılmasa, Azərbaycan Ordusu “Qisas-3” əməliyyatına başlayacaq".

Teleqraf.com xəbər verir ki, bunu erməni hərbi ekspert Davit Karapetyan deyib.

Ekspert Azərbaycan Prezidenti İlham Əliyevin bununla bağlı tələblərini xatırladıb. Onun sözlərinə görə, Qərb və Rusiya bunu istəməsə də, tələbləri yerinə yetirilməyən Azərbaycan buna məhəl qoymaya, təktərəfli addım ata bilər.

“O səbəbdən də Araik Arutyunyan deyir ki, bütün ssenarilərə hazır olmalıyıq. Çünki Azərbaycan tələb edir ki, təkcə “ordu” deyil, ümumiyyətlə, “hakimiyyət sistemi” (separatçı rejim) də ləğv olunsun. İndi məsələ budur ki, sülh müqaviləsi ilə bağlı müxtəlif geosiyasi mərkəzlər tərəfindən aparılan müzakirələrin Qarabağda gedən proseslərlə heç bir əlaqəsi yoxdur”, - Karapetyan vurğulayıb.

Ekspert Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvandakı hərbi təlimlərinə də diqqət çəkib:

“Azərbaycan Silahlı Qüvvələri Ermənistanla həmsərhəd Naxçıvanda hava hücumundan müdafiə, artilleriya və raket sistemləri, helikopterlər və PUA-lardan istifadə etməklə komanda qərargah təlimləri keçirir. Hər şeydən asılı olmayaraq, bu insanlar nəyəsə hazırlaşırlar, hazırdırlar.

Digər yandan, ABŞ-ın Ermənistandakı səfiri diqqətçəkən bir açıqlama verdi. O, əmindir ki, Azərbaycanın tərkibində Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi qoruna bilər. Bu artıq müəyyən mənada (hərbi əməliyyata) razılıq deməkdir.

İndi məsələ budur ki, bütün fövqəlgüclərin rəhbərləri yekdilliklə Qarabağ ermənilərinin Azərbaycanın tərkibində hüquq və təhlükəsizliyinin qorunub saxlanıla biləcəyini bəyan edirlər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər