Daha 18 ailə (73 nəfər) Laçına yola salınır.
Teleqraf.com xəbər verir ki, bu gün növbəti köç karvanı Lökbatanda məcburi köçkünlər üçün salınmış “Qobu park 3” yaşayış kompleksindən yola düşür.
Bununla da Laçın şəhərində 111 ailə, yəni 424 nəfərin daimi məskunlaşması təmin edilir.