18 İyul 2023 22:33
1 268
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Ermənistan arasında sərhədin demarkasiyası üzrə komissiyaların şərti sərhəd bölgəsində keçirilən dördüncü iclasında razılıq əldə olunmayıb.

Teleqraf.com xəbər verir ki, bu sözləri Ermənistan Baş nazirinin müavini Mger Qriqoryan deyib.

Onun sözlərinə görə, görüşdə Ermənistan tərəfi 1975-ci il xəritəsi üzrə sərhədlərin müəyyən edilməsini təklif etsə də, Azərbaycan tərəfi bunu qəbul etməyib.

Qeyd edək ki, Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Baş nazirinin müavini Mger Qriqoryanın sədrliyi altında Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının dördüncü görüşü iyulun 12-də sərhəddə keçirilmişdi.

Növbəti görüşün yeri və vaxtı müəyyən edilməyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər