25 İyul 2023 20:24
1 382
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Sərhəd Xidməti Ermənistana xəbərdarlıq edib.

Teleqraf.com xəbər verir ki, məlumatda deyilir:

"Əldə edilmiş məlumata əsasən Ermənistan tərəfindən 26 iyulda “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qarşı tərəfdən olan girişində müxtəlif nəqliyyat vasitələrinin toplanmasını təşkil etməklə nümayişkarcasına növbəti təxribat əməli planlaşdırılır.

Ermənistan tərəfini bu kimi təxribat məqsədi daşıyan və vəziyyətin gərginləşməsinə xidmət edən əməllərdən çəkinməyə çağırırıq.

Bir daha bildiririk ki, mümkün təxribat əməllərinə görə bütün məsuliyyət tam şəkildə Ermənistan tərəfinin üzərinə düşəcəkdir".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər