"Euronews" telekanalı Azərbaycanın Laçında gördüyü bərpa-quruculuq işləri, Laçına qayıdan keçmiş məcburi köçkünlərlə bağlı reportaj hazırlayıb.
Teleqraf.com-un məlumatına görə, telekanal tərəfindən hazırlanan süjetdə deyilir:
"Azərbaycanın qərbində yerləşən Laçın şəhərində geniş bərpa-qurucluq işləri görülür. Baxdığınız hər yerdə Ermənistanla Azərbaycan arasındakı son müharibənin izlərini silmək səyləri göz qabağındadır", - deyə qeyd edilib.
Süjetdə Euronews-un beynəlxalq müxbiri Anelise Borges Laçına qayıdan keçmiş məcburi köçkünlərlə danışıb.
Süjeti təqdim edirik: