Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, danışıq zamanı Cənubi Qafqazda baş verən hadisələr və bu çərçivədə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesi, Qara Dəniz Taxıl Təşəbbüsünün yenidən başlaması, Qara dənizin təhlükəsizliyi və NATO-nun genişlənməsi müzakirə olunub.