Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşü zamanı Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edəcək.
Teleqraf.com xəbər verir ki, tərəflərin görüş zamanı Zəngəzur dəhlizi layihəsi, Suriyadakı son vəziyyət, Taxıl Dəhlizi Sazişi və ikitərəfli ticarət əlaqələrini də müzakirə etməsi gözlənilir.
Qeyd edək ki, Vladimir Putinin Türkiyəyə səfərinin dəqiq tarixi açıqlanmasa da, səfərin avqust ayında baş tutacağı gözlənilir.