16 Avqust 2023 10:44
4 186
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən axşam saatlarından Rusiya sülhməramlılarının qərargahı önünə toplaşan bir ovuc erməni separatçısı rus hərbçilərinin yolunu bağlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.

Separatçılar rus hərbçilərindən “Laçın yolunun açılması”nı istəyirlər. Separatçılar yolun Rusiya sülhməramlılarının fəaliyyətsizliyinizə görə “bağlandığını” iddia edirlər.

Nəşr yazır ki, sülhməramlılar separatçıların tələblərini yerinə yetirməkdən boyun qaçırırlar, onları ərazidən uzaqlaşmağa çağırırlar, əks halda güc tətbiq edəcəklərini deyirlər.

Separatçılar yalnız “Laçın yolunun açılması”ndan sonra gedəcəklərini bildirirlər.

Separatçıların və Ermənistanın iddialarının əksinə olaraq, Laçın yolu humanitar keçidlər üçün açıqdır. Azərbaycan sadəcə yoldan qanunsuz hərbi daşınmalara icazə vermir. Ermənilərin etirazı da məhz bunadır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər